Dünya

Şengen vizası bahalaşır: neçəyə olacaq?

Avropa İttifaqı Şengen vizasının qiymətini artırmağa hazırlaşır.

Qaynarinfo Aİ Şurasının rəsmi saytına istinadən xəbər verir ki, ötən gün Aİ Viza Məcəlləsinə dəyişikliklərin müzakirəsi barədə mandatı təsdiq edib. Yeni məcəllə viza qiymətinin 60 avrodan 80-ə qaldırılmasını nəzərdə tutur.

Proses azı bu ilin sonuna qədər davam edəcək. Yeni qaydalarda viza müraciətini 15 gün yox, 6 ay əvvəldən etmək mümkünləşəcək. Viza üçün müraciət edənlərə 15 yox, 10 gün ərzində cavab veriləcək.

Bənzər yazılar

Back to top button