GündəmİqtisadiyyatManşet

AZAL prezidentinin Londondakı şirkətlərindən şübhəli ad dəyişiklikləri (FOTOFAKT)

AZAL prezidenti Cahangir Əsgərovun ailəsi Londondakı şirkətləri ilə bağlı şübhəli ad dəyişiklikləri aparıblar.

Bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

Onun sözlərinə görə, 31 milyon funt sterlinqdən (75 milyon manat) artıq aktivləri olan “Gazelli House Limited” şirkəti adını dəyişib:

“Şirkətin təsisçisi – Cahangir Əsgərovun qızı Məlahət Əsgərovanın Britaniya Şirkətlər Evinə müraciətinə əsasən bu il fevralın 9-da “Gazelli House Limited”in adı “Mrcr Art Limited” olaraq rəsmiləşdirilib. Halbuki elə bu ilin yanvarında Məlahət Əsgərova Mrcr Art Limited” adı ilə Londonda başqa bir şirkət təsis etmişdi. Bu şirkətin adı isə “Gazelli House Limited” (!) olaraq dəyişdirilib”.

Jurnalist şirkətlərin adının dəyişməsini Cahangir Əsgərovun iz qarışdırması kimi dəyərləndirib.

Bənzər yazılar

Back to top button