Bizim seçimDünyaManşet

Çin super kompüter yaratdı: ABŞ kəşfiyyatı təlaşda

Ötən həftə Çinin Elm və Texnologiya Universitetinin alimləri yüksək dəqiqliyi malik yeni kvant kompüterinin prototipini yaratdıqlarını açıqlayıblar.

Bundan əlavə Çin alimləri qətiyyətlə 2018-ci ildə dünyada müasir superkompyuterləri üstələyə biləcək 30-kubit kvant sistemli kompüterin istehsal edəcəklərini bildiriblər. İnfoAZ.org xarici KİV-ə istinadən xəbər verir ki, hazırda alimlər kvant kompüterinin müasir hesablama sürətinin analoqları üzərində son işlərini yekunlaşdırmaq üzərində çalışırlar. Bu isə hərbi sahədə böyük əhəmiyyət kəsb edir. Kvant kompüterinin yaradılması yönündə bir çox ölkələr birinciliyə əldə etmək üçün radikal addımlar atmaqdadırlar.

Qeyd edək ki, ABŞ və Rusiya mütəxəsisləri də kvant mexanikası əsasında hesablama sistemlərinin yaradılmasına dair yenilik etməyə tələsirlər. Hazırda kvant sistemli superkompüterlər düzəltmək üçün dünyada bir çox araşdırma qrupları da qızğın iş başındadılar. “Google”, “Microsoft”, İntel, “İBM”, D-Wave kimi texnologiya nəhənglərinin sırf bu iş üçün ayrıca laboratoriyalar inşa etməklə yanaşı bu sahəyə öndə gedən tanınmış fizikləri yüksək maaşla prosesə cəlb ediblər. Bu sahədəki araşdırmalar tam məxfi şəkildə aparılır. Hər bir dövlət qısa zamanda kvant sistemli kompüteri yaratmaqla dünyada yeganə supergücə çevrilməyə çalışır.

Nəzərə alaq ki, hesablama üçün kvant kompüterlərində eyni zamanda milyonlarla hesablamanı yerinə yetirə biləcək kvant bitlərdən və ya kubitlərdən istifadə olunur. Məsələn, bir 250-kubit kainatda mövcud bütün atomlardan daha çox bit informasiyanı özündə saxlamaq imkanına malikdir. Əgər Çin “kvant inqilabında” qalib çıxsa dünyanın geosiyasi və hərbi sahəsində vəziyyət kəskin dəyişəcək.

Bənzər yazılar

Back to top button