Dünya

Qod Nisanov bu vəzifəsindən kənarlaşdırıldı

Azərbaycan əsilli iş adamı Qod Nisanov Ümumdünya Yəhudi Konqresininin (ÜYK) vitse-prezidenti vəzifəsindən kənarlaşdırılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə qurumun rəsmi saytında bəyanət dərc edilib.

“Ümumdünya Yəhudi Konqresi bir daha təkrar və təsdiq edir ki, ABŞ, Böyük Britaniya və ya Avropa İttifaqı tərəfindən Ukrayna münaqişəsi ilə bağlı hər hansı sanksiya tətbiq edilən şəxslər siyahısına daxil edilmiş heç kim təşkilatda hər hansı vəzifə tuta və ya hər hansı rol oynaya bilməz. Müvafiq olaraq, Qod Nisanov artıq ÜYK-nin vitse-prezidenti deyil və ÜYK İcraiyyə Komitəsində fəaliyyətini dayandırıb”, – bəyanatda bildirilib.

Xatırladaq ki, ötən gün ABŞ Rusiyaya qarşı sanksiyaların növbəti paketini açıqlayıb. Sanksiyalar siyahısına iş adamı Qod Nisanov da daxil edilib.

Qeyd edək ki, Q.Nisanov 2014-cü ildə Ümumdünya Yəhudi Konqresininin vitse-prezidenti seçilib və təşkilatın rəhbərliyində olan ilk dağ yəhudisi olub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button