Dünya

Dəhşətli həbsxanalar üzə çıxdı: insanlara fiziki və cinsi işgəncələr belə verilir (FOTOLAR)

Birləşmiş Ərəb Əmirliklərinin Yəmənda yerləşən işgəncə mərkəzləri, işgəncə metodları orada saxlanılan bir məhkum tərəfindən rəsmlərə köçürülüb.

Qaynarinfo xəbər verir ki, məlumatları Associated Press xəbər agentliyinə göndərən məhkum fiziki və cinsi zorakılığı təsvir edib. Həmin şəxsə konkret heç bir ittiham irəli sürülməyib, lakin 1 il ərzində 3 fərqli həbsxanaya göndərilib.

Beir Əhməd həbsxanasında 15 məmur məhbuslara işgəncə və cinsi zorakılıq tətbiq edib. Riyan həbsxanasında işləyən yüksək vəzifəli təhlükəsizlik nümayənəsi ABŞ-ın qeyri-qanuni göstərişlərini yerinə yetirib. İşgəncə mərkəzlərində “Əl Qaidə” terror təşkilatına üzv olmaqda şübhəli bilinən şəxslər saxlanılır və onlara casusluq etmək təklif edilir, zorakılıq yolu ilə bu işə razı salmağa çalışırlar. Göndərilən fotolarda işgəncələr və onların izahı verilib.

Xəbər agentliyi daha əvvəl Yəmənin cənubunda yerləşən BƏƏ və Yəmən höküməti tərəfindən istifadə edilən 18 həbsxananı müəyyənləşdirmişdi.

Bənzər yazılar

Back to top button