“Bütün təkliflərimiz bir məqsədə xidmət edir” – “Nar”

by Aztoday Xəbər Portalı

10 yaşını qeyd edən “Nar” mobil operatoru 10 il ərzində onunla bərabər olmuş ən sadiq abunəçilərinə 200 şəbəkədaxili dəqiqə və 1 GB internet trafiki hədiyyə edib.

Bu barədə mobil operatorun yaydığı press-rezlizdə deyilir.

Məlumatda bildirilir ki, 10 illik münasibətilə mobil operator yeni “Dostunu “Nar”a gətir” kampaniyasına start verib.

“Kampaniya çərçivəsində dostları və ya yaxınlarını “Nar” ailəsinə gətirmiş hər bir istifadəçiyə balans üçün “mobil pul” qazanmaq imkanı yaradılır. Beləliklə, dostuna “Nar” ailəsinə qoşulmağı tövsiyə etmiş hər bir abunəçinin balansına 5 ay müddətində hər dəfə dostunun öz balansını artırdığı məbləğdə pul yüklənir”, – məlumatda bildirilir.

“Bu gün 10 yaşı tamam olan “Nar” 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə kommersiya fəaliyyətinə başlamış və qısa bir müddətdə Azərbaycanda telekommunikasiya sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.

2015-ci ildə Azərbaycanın tarixi irsi və ənənələrini əldə rəhbər tutaraq seçilmiş “Nar” ticarət nişanı ölkənin zəngin mədəni irsinin çağdaş həyatla bağlılığını simvolizə edir. Nar hər bir kəsin faydalana biləcəyi istisna dəyər – gerçək bir milli rəmzdir.

Təklif etdiyimiz xidmət çeşidlərinin ticarət nişanımızda tam olaraq öz əksini tapması üçün “mobile” ifadəsindən imtina etdik. Bu gün mobil rabitə xidmətləri ilə yanaşı, eyni zamanda sabit internet və rəqəmsal TV xidmətlərini də təklif edirik.

İnanırıq ki, bu gün Azərbaycanda rabitə xidmətlərindən lazımi səviyyədə yararlana bilməyən böyük bir istifadəçi kütləsi vardır. Bu qrupa daxil olan insanlar əlverişli qiymətlərlə rabitə xidmətlərindən faydalanmaq istəyirlər.

Bizim bütün təkliflərimiz bir məqsədə xidmət edir: telekommunikasiya və əyləncə xidmətləri hamını əhatə etməlidir. Biz fərqli ehtiyacları qarşılayan müxtəlif səpkili sadə və sərfəli təkliflərlə çıxış etməyə davam edəcəyik.

Bura həm mobil rabitə və mobil internet, həm də ev üçün sürətli fiber-optik internet və yüksəkkeyfiyyətli TV xidmətləri daxildir. Ən yaxşı qiymət-keyfiyyət nisbətini nəzərə alaraq, bütün bu xidmətləri bir paketdə almaq daha əlverişlidir, – vurğulanır.

Bənzər Yazılar