Dünya

ABŞ və Ukrayna uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə bağlı məsləhətləşmələrə başlayır

Cümə axşamı Birləşmiş Ştatlar və Ukrayna ikitərəfli təhlükəsizlik sazişləri üzrə məsləhətləşmələrə başlayıb. Amerikalı diplomatların dediyi kimi, bu, Ukraynanın müdafiənisini təmin etməli və “indi və gələcəkdə”Rusiya təcavüzünün qarşısını almalıdır. Bu barədə TURANın Vaşinqtondakı müxbiri məlumat verib.

“Bizim ikitərəfli təhlükəsizlik öhdəliklərimiz Ukraynanın hazırda onu müdafiə etmək və gələcəkdə Rusiyanın təcavüzünün qarşısını almaq, Ukrayna müdafiə institutlarının və sənayesinin səmərəliliyini və şəffaflığını qoruyub saxlamaq və artırmaq iqtidarında olan davamlı gücə malik olmasını təmin etməyə, həmçinin Avro-Atlantik istəklərinə doğru irəliləmək üçün lazım olan yaxşı idarəçilik əlaqələrini qoruyacaq islahat gündəmini dəstəkləməyə yönələcək”, – Dövlət Departlamentinin hesabatında deyilir.

Bu müzakirələr G7-nin Ukraynaya Birgə Dəstək Bəyannaməsi çərçivəsində keçirilir. O, ABŞ-ın Ukraynaya davamlı dəstəyini ifadə etmək məqsədi daşıyır. Çünki Ukrayna öz suverenliyini və ərazi bütövlüyünü müdafiə edir, iqtisadiyyatını bərpa edir, vətəndaşlarını qoruyur və Avro-Atlantik məkana inteqrasiyaya can atır, deyə qurumdan bildiriblər.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button