Bizim seçimCəmiyyətGündəm

Daha bir jurnalistə vəzifə verildi: Ləman Ələşrəfqızının yerinə təyinat

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə yeni mətbuat katibi təyin olunub.

AzToday.az “Report”a istinadən xəbər verir ki, bu vəzifəyə Tural Səfərov gətirilib.

Qeyd edək ki, T.Səfərov 1984-cü ildə anadan olub. Əmək fəaliyyətinə Naxçıvan Dövlət Televiziyasında redaktor olaraq başlayıb. Bundan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Proqram buraxılış və əlaqələndirmə redaksiyasının direktoru olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi işləyib, həmçinin bir müddət mətbuat şöbəsinin müdiri vəzifəsini əvəz edib. Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin orqanı olan “Şərq qapısı” qəzetinə baş redaktor təyin edilib. Eyni zamanda “Cahan Press” İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru olub.

Xatırladaq ki, “Azərxalça”nın mətbuat katibi vəzifəsində əvvəllər Ləman Ələşrəfqızı çalışıb. “Real” televiziyası fəaliyyətə başlayandan sonra o, bu telekanala keçib.

Bənzər yazılar

Back to top button