Dünya

Baş nazir vədinə əməl etdi: ilk dəfə qalstuk taxdı (FOTOLAR)

Yunanıstanın baş naziri Aleksis Tsipras ilk dəfə qalstuk taxıb.

Qaynarinfo xəbər verir ki, baş nazir ölkəsinin kreditorlara borcunun yüngülləşəcəyi təqdirdə qalstuk taxacağına söz vermişdi. Afinadakı “Zappion” sarayında millət vəkilləri qarşısında çıxış edən Tsipras vədinə əməl edib. Bu günü tarixi anlar adlandıran baş nazir zamanla qalstuka öyrəşə biləcəyini deyib.

Qeyd edək ki, Aleksis Tsipras bu günə qədər qeyri-rəsmi görüşlərdə belə qalstukdan istifadə etməmişdi.

Bənzər yazılar

Back to top button