GündəmHadisə

Şəhid anası Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağrıldı

Şəhid anası Əsli Muradova  Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağrıldı.
Bərdə rayonunun Mustafaağalı kəndində yaşayan şəhid anası Əsli Muradovanın qəribə taleyi. Son iki ildə sözün əsl mənasında cəhənnəm əzabına dönüb. Bəzi məmurların manyak həvəsi səbəbindən ağbirçək, ahal ana bilmir xəstə canının hayına qalsın, ya  ona atılan böhtanlarla mübarizəyə müqavimət göstərsin. Ya əlindən alınan haqqını bərpa eləsin.
Əsli Muradovanın oğlu 1976-cı il təvəllüdlü Mübariz Muradov 05.07.1995-ci ildə Bərdə rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılıb. 27 dekabr 1995-ci ildə Murovdağda həlak olub. 172 saylı hərbi hissədən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində xidməti borcunu yerinə yetirərkən həlak olub” yazılan arayış verilib.  Bunun əsasında  Mübariz Muradova şəhid  anası Əsli Muradovaya isə şəhid ailəsi statusu verilib. 2007-ci ildə Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin Bərdə rayon şöbəsi  tərəfindən  Azərbaycan Respublikasının Prezidentinin şəhid ailələri üçün təsis etdiyi 100 manat prezident təqaüdü təyin edilib. 2008-ci ildə ƏSMM-nin Bərdə rayon şöbəsindən anadan oğlunun şəhid olduğunu təsdiq edən arayış təqdim eləməsini tələb ediblər. Bərdə rayon Hərbi Komissarlığına müraciət edən anaya arayış verilməyib. Bundan sonra təqaüd dayandı deyə düşünən ana bükülüb evinin altında  oturub.Təkrar ƏSMM-yə bir daha getməyib. ƏSMM-də isə Əsli Muradovanın adından təqaüd hər ay alınıb. 2014-cü ildə anaya məlum olub ki, noyabr ayına qədər onun almalı olduğu pulları başqaları alıb. Ə. Muradovadan alınan pulların geriyə qaytarılması məqsədiylə adı çəkilən qurumun rəhbəri Raquf Məmtiyev məhkəməyə müraciət edib. Bərdə rayon Məhkəməsindən sübutlar əsasında pulların Əsli Muradovanın almadığı, dövlət vəsaitinin mənimsənilməsi kimi cinayət əməlinin törədildiyi, işin araşdırılması üçün Respublika prokurorluğu yanında Korrupsiya qarşı mübarizə idarəsinə həvalə olunması barədə qətnamə çıxarılıb.
 Şəhid Mübariz Muradov
11 noyabr 2016-cı ildə qətnamə çıxarılsada uzun müddətiydi ki, işdə durğunluq yaranmışdı. Məsələylə bağlı Korrupsiya İdarəsi işliyir, ya yox. Hər hansı məlumat yoxuydu. Nəhayət ki, adı çəkilən qurumdan xəbər gəlib.
 10 may 2016-cı ildə İdarənin təhqiqat prokuroru Kərəm Mansurov zəng edərək Əsli Muradovanı izahatını almaq üçün Baş Prokurorluğa dəvət edib.
DSMF-nin Bərdə rayon şöbəsindən də xəbər var. 03.04.2017-ci il tarixdə şəhid anası Əsli Muradovadan ünvanına göndərilən məktuba cavab verməyib. Haqlı olaraq Əsli Muradova DSMF-nin Bərdə rayon şöbəsindən Gəncə İnzibati-İqtisadi Məhkəməsinə şikayət ərizəsi yollayıb. Bir neçə gündən sonra isə adı çəkilən qurumdan şəhid anası məktub alıb. Məktubun qəribəliyi də yox deyil. İçindəki tarix 20 aprel, üstündəki tarix 25 aprel , Yevlax Poçtdan göndərilib, 26 apreldə Bərdə poçtda qəbul edilib. Bərdədə yerləşən DSMF-nin Bərdə rayon şöbəsi görəsən niyə bu qədər əziyyət çəkməli olub. 50 metrliyində olan Bərdə Poçtunun xidmətindən belə rahat xidmət almaq mümkün olduğu halda Yevlaxa səfər etməsinə məcbur edən səbəb nə olub? Bax elə məsələdə budur. Qeyri qanuni əməllərə don geyindirmək. Ört basdır etmək.
Ancaq bu mümkün olmayacaq. Bu ölkə qəbilə dövləti deyil. Hüquqi dövlətdir. Adil,ədalətli prezidenti var. Haqq-ədalət gec, ya tez. Heç şübhəsiz yerini tutacaq!

Bənzər yazılar

Back to top button