İdman

“Neymar məni söydü” – Tyaqo Silva

Braziliya millisinin müdafiəçisi Tyaqo Silva Kosta-Rika ilə oyunda (2:0) komanda yoldaşı Neymarla arasında yaşanan mübahisənin təfərrüatlarını açıqlayıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, təcrübəli futbolçu topu rəqibə verdiyi epizodda Neymarın onu təhqir etdiyini bildirib.

“Neymarın hərəkəti məni üzdü. Topu rəqibə verdiyim epizodda o, məni söydü. Amma mən yenə də hesab edirəm ki, həmin doğru addım atdım. Məhz bu amil vaxt qazanmağımıza kömək etdi. Mən vəziyyətə sakitcə reaksiya verdim. Amma ünvanıma bu cür sözlər eşitmək üzücü idi”.

Qeyd edək ki, iki futbolçu arasında narazılığa Silvanın oyun dayandıqdan sonra topu rəqibə verməsi səbəb olmuşdu.

Bənzər yazılar

Back to top button