Siyasət

“CAVID ALIŞOV SEÇKİDƏN ÇƏKİLSƏ BİZ YOXLAMALARI DAYANDIRARIQ” – TƏLƏB

Cavid Alışov: “Mərdan Camalov namizəd kimi qeydə alınmağım üçün imza verən vətəndaşlara təzyiq edir”

Azərbaycanda 01 noyabr 2015-ci il tarxidə Parlament Seçkilər keçiriləcək. Vaxt daraldıqca mübarizə də sərtləşir. Bu mübarizə namizədlər və rəqiblər arasında deyil, hakimiyyət nümayəndələrinin, yerli icra hakimiyyətlərinin daha kəskin və amansız davranışlarında müşahidə olunur. Azərbaycan Respublikasının qanunlarına görə icra hakimiyyətləri seçki kampaniyasına müdaxilə edə bilməzlər. Lakin biz bunun tam əksini müşahidə edirik. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov açıq şəkildə seçkiyə müdaxilə edir və namizədlərin seçki hüquqlarını məhdudlaşdırmaqla yanaşı, onlara imza verən vətəndaşları da təhdid edir. Bu barədə “Azadlıq-2015” seçki blokunun tərkibində Vətəndaş və İnkişaf Partiyası tərəfindən 46 saylı Şirvan Seçki Dairsindən namizədliyi verilmiş Alışov Cavid Bəyverdi oğlu (Cavid Cabbarlı) məlumat verib.

C.Alışov şəxsən Mərdan Camalov tərəfindən təzyiqlərlə üzləşdiyini deyir: “Azərbaycan Respublikası Seçki Məcəlləsinə uyğun olaraq “Azadlıq-2015” seçki bloku tərkibində VİP tərəfindən 46 saylı Şirvan Seçki Dairəsindən namizədliyim irəli sürülüb. Müvafiq sənədləri Dairəyə təqdim edib, imza vərəqələrini götürdük. Hər şey bundan sonra başladı. Şirvan şəhər Bələdiyyəsinin sədri Muradov Kürdoğlu və Şirvan şəhər icra hakimiyyətinin başçının birinci müavini Abıyev Samid mənimlə görüşüb açıq şəkildə təhdid elədilər ki, seçkidən çəkilim. Mən onlara seçki hüquqlarımı izah eləsəm də heç bir faydası olmadı. Hər ikisi “Müəllim belə məsləhət görür” deyib, mənim seçkidən çəkilməyimi tələb etdilər. Əks halda həbs olunacağımla təhdid etdilər. Mən hər şeyə hazır olduğumu bildirdim. Bir gün sonra namizədliyimin təsdiq olunması üçün imza verən vətəndaşlara təzyiqlər başladı. Onların obyektlərində qanunsuz yoxlamaların başlanmasına Mərdan Camalov göstəriş verdi. Yoxlama işlərini aparmağa gələn nümayəndələr çəkinmədən deyiblər ki, Cavıd Alışov seçkidən çəkilsə biz yoxlamaları dayandırarıq. Hətta dövlət və özəl müəssisələrdə çalışan doslardan işdən çıxarılması ilə bağlı ərizələri alınıb. Mən də problemin daha ciddi olduğunu anlayıb Bakıya qayıtdım”.

C.Alışov icra başçısının qanunsuz əməlləri barədə aidiyyatı qurumları xəbərdar etdiyini də deyir: “Bakıya qayıdandan sonra həm Mərkəzi Seçki Komissiyasına, həm də Prezident administrasiyasına məlumat verdim. Hər iki qurum Mərdan Camalovun əməllərini qanunsuz adandırdılar. Lakin heç biri seçki hüququmun bərpa olunmasını təmin etmədi. Mən də dostları çətinliyə salmamaq üçün geri çəkilməyə məcbur qaldım”.

Bənzər yazılar

Back to top button