CəmiyyətDünya

7 il əvvəlki hücum bu dəfə başqa birjaya edildi: Nə baş verir?

“Bithumb” birjası 30 milyonluq kriptovalyuta oğurluğu ilə nəticələnən hücuma məruz qalıb. Bu hadisə bazarda şok effekti yaradıb.

Təxminən 7 il əvvəl daha bir kriptovalyuta birjası kiberhücuma məruz qalmışdı. “Mt. Gox” birjasına edilən hücum Bitcoin-in dəyərini bir sentə endirmişdi.

Haker müştəri hesablarından 2000 Bitcoin mənimsəmişdi. Bu, “Mt. Gox” üçün başlanğıc idi. Birjada belə hücumlar davamlı hal aldı. 2 il ərzində 850 min BTC ələ keçirildi. Birja 2014-cü ildə müflis olduğunu açıqladı.

Ötən ilin iyul ayında “Bithumb” öz işçilərindən birinin kompüterindən hücuma məruz qaldı. 31 min istifadəçinin şəxsi məlumatları oğurlandı.

İyunun 20-də baş verən yeni hücumda 31 milyon dollarlıq kriptovalyuta ələ keçirildi. Qalan kriptovalyutalar isə soyuq cüzdanlara köçürüldü.

Litecoin-in təsisçisi Çarli Li bu açıqlamanı verib:

“Yeni gün, yüni hücum… 30 milyon dollar az məbləğ olmasa da, inanıram ki, birja bunu dəf edə biləcək. Daha əvvəl dediyim kimi, aktiv ticarət kimi istifadə etdiyiniz coinləri birjada saxlayın. Onları da əməliyyat bitən kimi çıxarın”.

İnstitusional investorlar üçün saxlama variantları tədricən ön plana çıxır. “Coinbase” kimi birjalar müxtəlif saxlama həlləri axtarırlar. Etibarlı maliyyə qurumları tərəfindən dəstəklənən “LDAX” və “SBIVC” kimi daha geniş və institusional birjalar daha da məşhurlaşıb.

Belə üsullar kriptovalyutaları saxlamaq üçün xüsusən əlverişlidir. İnvestorların etibarlı saxlamaya ehtiyacı var və bu qurumlar həmin problemi həll edib.

Belə kiberhücumlar birjaların xüsusi standartlar hazırlaması üçün yaxşı fürsətdir. Bunun üçün yeniliklər və etibarlı yollar yaradılmalıdır. (kripto.az)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button