Dünya

Məşhur avtoritet Yaponçikin qətliylə bağlı daha bir nəfər həbs edildi

2009-cu ildə Moskvada Yaponçik ləqəbli kriminal avtoritet Vyaçeslav İvankovun qətlində iştirakda şübhəli bilinən Murtaz Şadaniya həbs edilib.

Qaynarinfo mk.ru-ya istinadla xəbər verir ki, bu haqda cinayət işini aparan İstintaq Komitəsi açıqlama verib.

Saxlanılan şəxsə qətl və silah alveri üzrə ittiham irəli sürüldüyü bildirilir.

İstintaq hesab edir ki, Şadaniyanın rolu Yaponçiki gizli şəkildə izləmək və sui-qəsd yerini müəyyənləşdirmək üçün casusluq etməkdən ibarət olub. Həmçinin hesab edilir ki, yaponçikin öldürüldüyü silahı da paytaxta o gətirib. Qətlin baş verdiyi gün isə qətl yerindən bir az aralıda dayanaraq “mütəşəkkil dəstə üzvlərinin təhlükəsizliyini təmin edib”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button