Cəmiyyət

Ailənizin genetik olaraq sizə miras buraxdığı 5 maraqlı özəllik

Doğulduğunuz anda sizə ailənizdən buraxılan miraslar var. Elm buna “genetik miras” deyir. Hər birimiz bir-birimizdən olduqca fərqliyik. Bəzi özəlliklərimiz sonradan, bəzilərini isə irsən əldə edirik. İrsi özəlliklərin çoxunun xarici görüşümüzlə və ya xəstəliklərlə bağlı olduğunu bilirik.

Bəs, gündəlik həyatda qarşımıza çıxan problemləri və ya hadisələri həll edərkən etdiklərimizin, bacarıq və vərdişlərimizin genetik mirasla bağlı olduğunu bilirdinizmi?

1) Kofe içmə vərdişi

Elm adamlarının apardığı araşdırmaya görə, kofe içməyin az və ya çox olması ya da kofeni sevib-sevməməyiniz tamamilə genlərinizlə bağlıdır. Elm adamları bir qrup insanı kofeni çox içən və az içən olaraq 2 qrupa ayıraraq tədqiqat aparmışlar. Tədqiqat nəticəsində kofeni az içən insanlarda bir gen qrupu aşkarladılar. Bu gen qrupu sayəsində kofeyə meylilik azalır və buna görə də kofein ehtiyacları digərlərinə görə daha azdır. Qısacası, kofe sevginiz tamamilə ailənizdən qaynaqlanır.

2) Populyar olmaq və ya olmamaq

Olduğunuz mühitdə bütün diqqəti üzərinizdə toplamağınızın əsl səbəbi tamamilə siz deyilsiniz. Bu özəllik də əsasən genlərinizin sizə ötürdüyü bir mirasdır. Harvard Universitetindəki elm adamlarının apardığı araşdırmaya görə, çox qədim zamanlarda insan həyatının sadəcə qida tapmaq və təhlükələri sovuşdarmaqdan ibarət olduğu çağlarda diqqəti cəlb edən insanların və sosial olanların bu xarakterinin nəsildən nəsilə ötürülməsi aşkarlanmışdır.

3) Tənbəllik

Bütün gün evdə yatmaq və ya divanın ləzzətini isti bir kofe ilə çıxartmaq istəyənlərin yaxşı bir bəhanəsi var. Kefiniz tənbəllik etmək istədiyində “bu mənə genlərimin mirasıdır” deyərək insanların sizə qarşı olan reaksiyasına cavab verə bilərsiniz. Çünki, “American Journal of Physiology” Jurnalında dərc edilən məqalədə elm adamlarının siçanlar üzərində apardığı bir tədqiqat yayımlandı. Bu araşdırmada az hərəkət edən 26 siçan və olduqca aktiv digər 26 siçan 2 ayrı qrupa bölündü. 2 ayrı qrupdakı siçanlar öz aralarında cütləşdikdən sonra doğulan siçan balaları incələndi. Fiziloji olaraq heç bir fərqləri olmayan siçanların aktivliklə bağlı öz qrupundakı yetişkin siçanlarla eyni olduqları təsbit edildi.

4) Avtomobil idarəetmə bacarığı

“Hamı avtomobil idarə edə bilər?” sualının cavabı elm adamlarından gəldi: Hər kəs avtomobil idarə etməyi yaxşı şəkildə bacarmaya bilər. Elm adamları bu bacarığın genlərimizlə olan əlaqəsini incələdilər. Çıxan nəticədə isə, 30%-a sahib ola biləcək bir qrupun yaxşı yaddaş və yavaş reflekslərə sahib ola biləcəyi müəyyənləşdi. Bu cür genetik özəlliklər isə avtomobil idarəetməsinə ciddi mənada təsir edir. Elm adamlarına görə, qaydaları və sürmə texnikasını nə qədər yaxşı öyrənsələr də bu genetik özəlliklər səbəbindən dolayı avtomobil idarəetməsində kifayət qədər bacarıqlı olmayacaq bir qrup var.

5) Məktəbdə və ya universitetdə yüksək qiymətlərlə oxumaq

“Nature Communications” jurnalında dərc edilən bir araşdırma məqaləsinə görə, uşaqların riyaziyyat və oxuma bacarıqlarının genlərlə olan əlaqəsi olduqca çoxdur. Belə ki, insanın akademik uğurunun 55%-i genlərlə əlaqəlidir. Araşdırmaya görə, əgər valideynləriniz akademik olaraq yüksək nəticə əldə ediblərsə, sizin uğurunuzun çoxu da onların uğurları ilə bağlıdır. Lakin, yenə də akademik uğur üçün bir çox digər faktorların lazım olduğunu nəzərə alsaq, istənilən halda yolunuza davam etməlisiniz.

Mənbə: moneta.az

Bənzər yazılar

Back to top button