Azərbaycanlı çempion Türkiyədə güllələndi  – 6 yaralı

by Aztoday Xəbər Portalı

Türkiyənin Kastamonu şəhərində silahlı insident olub.

AzToday.Az-ın BakiPost.az-a istinadən verdiyi məlumata görə, şəhərin bələdiyyə sədri Tahsin Babaş silahlı hücuma məruz qalıb. Hücum nəticəsində 6 nəfərin yaralandığı bildirilir.

Güllələnənlər arasında Azərbaycanın kikboks üzrə Avropa çempionu Eldar Əlizadə də var. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdiriliblər.

Qeyd edək ki, Eldar Əlizadə Türkiyədə yaşayır, orada ali təhsil alırmış.

Bənzər Yazılar