Dünya

Qadağa sona çatdı: qadınlar avtomobil sürməyə başladı.

Səudiyyə Ərəbistanında qadınlara verilən avtomobil idarə etmək icazəsi barədə qərar qüvvəyə minib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ilk dəfə ölkə yollarında maşın sürən qadınların görüntüləri yayımlanıb. Kral Salmanın İbin Əbdüləzizin ötən ilin 26 sentyabrında imzaladığı qərarnamə ilə 24 iyundan etibarən qadınlara avtomobil sürməyə icazə verilirdi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı son dövrlərdə ölkədə qoyulan bəzi qadağaları yumşaldıb, qadınların sosial həyatda iştirakını artırmaq üçün müəyyən addımlar atıb. Ölkə “Mülayim İslam” qaydalarının tətbiq etməyə çalışır.

Bənzər yazılar

Back to top button