Hadisə

Şəki sakini şalbanın altında qalıb öldü

Şəkinin Böyük Dəhnə kəndində bədbəxt hadisə nəticəsində yerli sakin həyatını itirib.

AzToday.Az report-a istinadən xəbər verir ki, hadisə 1967-ci il təvəllüdlü Səlimov Qabil Cumali oğlu yaşadığı evin həyətindəki elektrik şalbanının yerini dəyişmək istədiyi zaman baş verib.

Q.Səlimov bunun üçün taxta şalbanı kəsmək qərarına gəlib, lakin nəticədə şalban onun üzərinə aşıb. Yaralı ağır kələ-beyin travması və bədən xəsarətləri ilə Bakıdakı xəstəxanalardan birinə gətirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şəki Şəhər Prokurorluğunda araşdırma aparılır.

Bənzər yazılar

Back to top button