İdman

“Mançester Siti”dən təxirə salınmış oyunda çətin qələbə

İngiltərə Premyer Liqasında 18-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Fanat.az xəbər verir ki, son çempion “Mançester Siti” “Brentford”u qəbul edib.

Oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Şəhərlilər”ə qələbə gətirən yeganə qolu 71-ci dəqiqədə Erlinq Haland vurub.

Hazırda 56 xalı olan “Mançester Siti” turnir cədvəlində 2-ci sıraya yüksəlib. 57 xala malik “Liverpul” vahid liderdir. “Arsenal”ın 55, “Aston Villa”nın 39, “Tottenhem”in 47, “Mançester Yunayted”in 44 xalı var.

Bənzər yazılar

Back to top button