İdman

“DÇ-2018”: İngiltərə Panamanı peşman etdi – 7 qol vuruldu

Rusiyada keçirilən dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün G qrupunda ikinci tura yekun vurulub.

İlk matçında Tunisə çətinliklə qalib gələn İngiltərə bu dəfə debütant və turnirin ən zəif komandalarından biri olan Panama ilə qarşılaşıb. Qarri Sautqeytin yetirmələri asan qələbə qazanaraq Belçika ilə birlikdə 1/8 finala vəsiqəni təmin edib. 6:1 hesabı ilə başa çatan qarşılaşmada İngiltərədən Hari Keyn het-trik, Con Stounz dubl edib, Cessi Linqard bir qol vurub. Panamanın mundialdakı ilk qoluna isə Felipe Baloy imza atıb. Bununla da Panama 1/8 final şansını itirib.

Qeyd edək ki, Belçika dünən Tunisi 5:2 hesabı ilə yenərək 1/8 finala vəsiqə qazanıb.

DÇ-2018
G qrupu
II tur

24 iyun
İngiltərə – Panama 6:1
Qollar: Con Stounz, 8; 40. Harri Keyn, 22-pen; 45+1; 62. Cessi Linqard, 36 – Felipe Baloy, 78.
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Ualker, 5. Con Stounz, 6. Harri Maquayr, 7. Cessi Linqard (17. Fabian Delf, 63), 8. Cordan Henderson, 9. Harri Keyn (11. Ceymi Vardi, 63), 10. Rahim Sterlinq, 12. Kieran Trippyer (3. Danni Rouz, 70), 18. Eşli Yanq, 21. Ruben Loftus-Çik.
Ehtiyat oyunçular: 13. Cek Batlend, 23. Nik Pop, 4. Erik Dayer, 14. Danni Uelbek, 15. Qari Kehll, 16. Pil Yones, 19. Markus Raşford, 20. Dele Alli, 22. Trent Aleksander-Arnold.
Baş məşqçi: Qaret Sautqeyt.
Panama: 1. Xayma Penedo, 2. Maykl Murillo, 4. Fidel Eskobar, 5. Roman Torres, 6. Qabriel Qomes (23. Felipe Baloy, 69), 7. Blas Peres, 8. Edqar Barsenas (16. Abdiel Arroyo, 69), 11. Armando Kuper, 15. Erik Davis, 20. Anibal Qodoy (19. Rikardo Avila, 62), 21. Xose Rodriges.
Ehtiyat oyunçular: 12. Xose Kalderon, 3. Harold Kamminqs, 9. Qabriel Torres, 10. İsmael Dias, 13. Adolfo Maçado, 14. Valentin Pimentel, 17. Luis Ovalle, 18. Luis Tehada.
Baş məşqçi: Ernan Dario Qomes.
Sarı vərəqələr: Ruben Loftus-Çik, 24 – Armando Kuper, 10. Fidel Eskobar, 44. Maykl Murillo, 72.
Baş hakim: Gehad Qrişa (Misir).
Nijni Novqorod. “Nijni Novqorod” stadionu.

Bənzər yazılar

Back to top button