Cəmiyyət

Bürclər – 6 MART

Qoç – bu gün heç bir işdə tələsməyin. Qanimed və Titaniya bu gün sizi bəzi mövqelərə yenidən baxmağa vadar edəcək. İllüziyalar darmadağın olacaq. Amma inanın, bunun özü maraqlı prosesə çevrilə bilər.

Buğa – emosiyalarınıza sərhəd qoymayın. Su ilə ehtiyatlı olun. Spirtli içkilərə qətiyyən yaxın durmayın. Ehtiyac duysanız, mütləq istirahət edin. Hədsiz gərginlikdə keçən vaxt immunitetinizi zəiflədə bilər.

Əkizlər – mühüm və önəmli işlər üçün əlverişsiz gündür. Triton və Haronun münasibətləri sizdən aramla davranmağı, ünsiyyətdə pərişanlıq nümayiş etdirməməyi istəyir. İstəkləriniz, arzularınız və maraqlarınıza fikir verin, vaxt ayırın.

Xərçəng – tələsik qərarlar qəbul etməyin, vədlər verməyin. Mühüm münasibətdə yön dəyişməsi mümkündür.

Şir – sizi usandıran, uğura doğru hərəkətinizə mane olan nəsnə və insanlardan peşmançılıq çəkmədən qurtulun. Yeni tanışlıqlar arzuolunan deyil. Lakin şəxsi münasibətlər üçün düşərli gündür.

Qız – hiss, həyəcan, hadisələr və gözləntilərlə zəngin bir gün yaşanacaq. Başladığınız işlərin uğurla və məntiqi sonluqla başa çatması üçün maksimum səy göstərin. Lakin Andromeda və Oberon sizə ifrat gözləntilərə qapılmamağı məsləhət bilir.

Tərəzi – emosiyalar rasional düşünməyə mane olmasın, vacib məsələlərdən diqqəti yayındırmasın. Maliyyə məsələlərində yanlışlıq, ailə üzvləri ilə münasibətlərdə gərginlik istisna deyil.

Əqrəb – emosional narahatlıq kəskinləşsə də, bütün fikirlərinizi əyan etməyin, hisslərinizi cilovlayın. Ümumi işlə məşğul olun, işlərə emosional təkan verin, qərarları təxirə salmayın. Axşam doyunca yemək olar.

Oxatan – bu gün işlərinizdə nizam və qaydanı qorumağa çalışın. Gərginliyin hiss olunduğu situasiyanı ağırlaşdırmayın. Merkuri və Fobos sizdən kənar müdaxilələrlə təsirlərə uymamağı tələb edir.

Oğlaq – faydalı ola biləcək xəbərlərin axışını məhdudlaşdırmayın, bütün ideya və təklifləri diqqətlə qarşılayın. Hər təkliflə dərhal razılaşmayın.

Dolça – tərəfdaşlarla münasibətlərdə böhran yarana bilər. Vəziyyəti gərginləşdirməyin, rəqibləri müttəfiqə çevirməyin yollarını arayın.Təmkinlə davranın.

Balıqlar – şəxsi münasibətlərdə də gərginlik artır. Emosiyaların qarşısını almayın, sevdiyiniz insana hiss və istəklərinizi bildirin. Batinən aydınlığa, zahirən dəstəyə ehtiyacınız var.

milli.az

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button