Dünya

Kilsədə qəribə ayin: keşiş şəkillərə xitab etdi

Almaniyada kilsələrdən birinin keşişi əhalinin ibadət edə bilmələri üçün fərqli yol tapıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Yoaxim Qisler adlı keşiş son həftələrdə kilsəni ziyarət edən şəxslərdən özlərinin və ailə üzvlərinin şəkillərini göndərmələrini istəyib. Təxminən 150 foto göndərilib. Sonra bu şəkillər oturacaqlara yapışdırılıb və ibadət etmək istəyənlərin virtual iştirakı ilə ayin keçirilib. Kilsəyə gələ bilməyənlər isə mərasimi evdən onlayn izləyiblər.

“Əvvəl mehrabda dayanıb, sadəcə şəkillərə baxmaq bu bir az qəribə gəldi. İnsanların evdən bu mənzərəni izləyərkən hansı hisləri keçirdiklərini təsəvvür etmək çətindir. Lakin karantin rejimi ilə əlaqədar son 2 həftə ərzindəki xəbərdarlıqları nəzərə alsaq, inanclı insanları ibadətdən ayırmamaq üçün bunun ən yaxşı alternativ olduğunu düşünürəm”, – deyə keşiş bildirib.

Bənzər yazılar

Back to top button