CəmiyyətDünya

Koronavirus hansı xəstəliyi olanları öldürür? – İtaliyadan kritik açıqlama

İtaliyada koronavirus səbəbindən ölənlərin çoxunda yüksək təzyiq narahatlığı olduğu müəyyənləşdirilib.

Qaynarinfo xəbər verir ki, bunu İtaliyanın Ali Tibbi İnstitutunun rektoru Silvio Brisaferro deyib. Onun sözlərinə görə, alınan tədbirlər nəticəsində ölü sayı artıq stabilləşməyə doğru gedir. Son günlərdə yeni ölü sayında azalmaların müşahidə edildiyini bildirən Brusaffero koronavirusdan orta ölüm yaşının 62 olduğunu deyib. Əlavə edib ki, bunun 55,7 faizini kişilər təşkil edir.

Qeyd edək ki, İtaliyada yoluxma sayı 105 min 792, ölənləri sayı isə 12 min 428 nəfərdir.

Bənzər yazılar

Back to top button