Dünya

Makedoniya prezidentindən gözlənilməz qərar: ölkənin adı dəyişdirilməyəcək

Makedoniya ötən günlərdə Yunanıstanla ölkənin adının dəyişdirilməsi barədə razılıq əldə etmişdi.

Qaynarinfo xəbər verir ki, ölkənin prezidenti Giorgi İvanov hökümətin ona göndərdiyi razılaşmanı imzalamayacağını açıqlayıb və qərarın konstitusiyanın əleyhinə olduğunu bildirib.

Qeyd edək ki, rəsmi Afina və Skopye Makedoniyanın Şimali Makedoniya Respublikası adlanmasına qərar vermiş, iki ölkənin xarici işlər nazirləri razılaşma imzalamışdı.

1991-ci ildə köhnə Yuqoslaviya müstəqilliyini elan edəndən sonra Makedoniya adlanmağa başlandı. Yunanıstanda da bu ada sahib yer olduğu üçün ölkələr arasında ad gərginliyi yaşanırdı.

Bənzər yazılar

Back to top button