Bizim seçimCəmiyyətHadisəİqtisadiyyat

MTK rəhbərindən “Space”in müxbirinə rüşvət təklifi: “Camaatın dərdi sənə qalıb?” (VİDEO)

Space Tv-nin “Olar? Olmaz!” verilişinin ötən gün yayımlanan buraxılışı baş tutub.

AzToday.az Bizimyol.info-ya istinadən xəbər verir ki, teleaparıcı Amil Xəlil Bakıda xeyli sayda insanların şikayyəti əsasında MTK rəhbərlərindən biri ilə görüşüb. Aparıcının xahişi və təkidi ilə rəhbər, şikayyətçi sakinlərlə görüşə gəlməyə razı olub. Sakinlərlə görüşən MTK rəhbəri ilə şikayyətçilər arasında ciddi münaqişə yaranıb.

Söz-söhbəti dinləyən rəhbər şəxs hadisə yerindən uzaqlaşıb. Daha sonra görüntülərdən də göründüyü kimi, aparıcı MTK-nın rəhbərlərindən biri olan Mehman adlı şəxslə görüşür. Bu zaman MTK rəhbəri teleaparıcıya rüşvət təklif edir. Aparıcı “Mən belə şeylərə getmirəm qardaş” deyərək məkanı tərk edir.

Xatırladaq ki, bu verilişdə tez-tez sahibkarların rüşvət təklifinin əyani görüntüləri tamaşaçılara təqdim edilir. Verilişin sonunda bu görüntüləri şərh edən aparıcı rüşvət təklif edilən digər görüntüləri də yayımlayıb.

Xatırladaq ki veriliş həftə içi hər gün saat 19:55 də Space Tv-də yayımlanır.

Bənzər yazılar

Back to top button