Dünya

Baş məşqçi FETÖ ittihamı ilə saxlanıldı – VİDEO

Türkiyədə “Sakaryaspor” futbol komandasının keçmiş baş məşqçisi Şaban Yıldırım Baş prokurorluğun xüsusi istintaq idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

AzToday.Az yerli mətbuata istinadən xəbər verir ki, Yıldırımın FETÖ (Fətullahçı Terror Qruplaşması) ilə mübarizə istintaqı çərçivəsində saxlanıldığı bildirilir.

Əməliyyat zamanı Sakarya şəhərində Şaban Yıldırımla yanaşı daha 11 nəfər də saxlanılıb.

Bu gün səhər Yenikent dövlət xəstəxanasında həkim müayinəsindən keçən Yıldırım daha sonra əlləri qandallı vəziyətdə məhkəməyə göndərilib.

Bənzər yazılar

Back to top button