Dünya

ABŞ-da daha bir qaradərilinin qətli: Polis işdən azad edildi, rəis istefa verdi

ABŞ-da daha bir qaradərili polis tərəfindən öldürülüb.

Qaynarinfo xəbər verir ki, hadisə Corciya ştatında baş verib. Atlanta polisi qaradərili yerli sakin Reyxard Bruksu saxlayarkən ona atəş açıb. Yaralanan Bruks xəstəxanada dünyasını dəyişib.

CNN-in verdiyi məlumata görə, Bruksun saxlanılmasında iştirak edən ikinci polis zabiti əməliyyat işlərindən kənarlaşdırılıb və işdən azad edilib. Məlumatı polis idarəsinin rəsmi nümayəndəsi təsdiqləyib.

Qeyd edək ki, dünən – iyunun 12-də axşam saatlarında polis fast-food restoranında bir avtomobildə yatarkən sərxoş vəziyyətdə olan bir afro-amerikalını saxlamaq istəyərkən Bruks müqavimət göstərib və silah yarası alıb. Həkimlər onu xilas edə bilməyib. Bundan sonra şəhər polis rəisi istefa verib.

Bənzər yazılar

Back to top button