Gündəm

Bakıda narazılığa səbəb olan restoran bağlandı

Bakının Nəsimi rayonu ərazisində, “28 may” metrostansiyasının yaxınlığında yerləşən məşhur KFC restoranı bağlanıb.

AzToday.Az xəbər verir ki, BakiPost.az-ın məlumatına görə, tarixi binada yerləşən restoran fəaliyyətini dayandırıb və başqa ünvana köçüb.

Qeyd edək ki, bir neçə ildir, həmin tarixi binada yerləşən restoranın açılışı da böyük qalmaqala səbəb olmuşdu. Tarixi binada “fast-food” restoranın açılması o zaman sosial şəbəkələrdə insanların böyük narazılığı ilə qarşılanmışdı.

Bənzər yazılar

Back to top button