Dünya

Tramp müsəlman liderlərdən kömək istəyəcək

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp 50-yə yaxın müsəlman ölkəsinin lideri ilə görüşəcək.

AzToday.Az xəbər verir ki, görüş, Trampın may ayının axırında Səudiyyə Ərəbistanına planlaşdırılan səfəri çərçivəsində baş tutacaq.

ABŞ prezidentinin görüş vaxtı həqiqi İslam və radikal İslamın terrorla mübarizəsi mövzusunda çıxış etməsi gözlənilir.

Trampın təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster, səfərin məqsədinin bölgədə terroru başa çatdırmaq və sülhü bərqərar etmək üçün İslam ölkələrindən dəstək istəmək olduğunu deyib. Makmaster Trampın, İslamın sülhə yanaşmasının dünyadakı terroru bitirəcəyinə inandığını vurğulayıb.

Ağ ev dən verilən açıqlamada isə bildirilib ki, Donald Trampın Yaxın Şərqə baş tutacaq səfərdə müsəlman, xristian və yəhudilər arasında yaradılacaq sülh mühitinin təməlləri qoyulacaq.

May ayının sonunda ABŞ prezidenti Donald Trampın Yaxın Şərq səfəri çərçivəsində Səudiyyə Ərəbistanı, İsrail, Belçika və İtaliyanı ziyarət etməsi gözlənilir.

Bənzər yazılar

Back to top button