Mədəniyyət

Mədəniyyət nazirinin rəis təyin etdiyi sabiq icra başçısının oğlu işçilərin hüquqlarını tapdalayır

Mədəniyyət Nazirliyinin regional idarələrində də özbaşınalıq baş alıb gedir. Qarabağ Regional Mədəniyyət İdarəsinə bu yaxınlarda yeni rəis təyin olunan Qalib Həsənov (sabiq icra başçısı Şamil Həsənovun oğlu – red.) işçilərin məzuniyyət hüquqlarını pozur. Belə ki, az qalır yay fəsli qurtarsın, amma yeni rəis idarənin tabeliyində olan müəssisələrin əməkdaşlarının məzuniyyətə çıxmağına icazə vermir. Söhbət yüzlərlə işçinin hüquqlarının pozulmasından gedir.

Digər bir tərəfdən həmin şəxslərə hələ iyul ayının əməkhaqqıları da ödənilməyib. Halbuki artıq dövlət müəssisələrində avqust ayının maaşlarının ödənilməsinə başlanılır.

Bütün şikayətlərə, qanun pozuntularına səssiz qalmağa davam edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi bu məsələni araşdıracaqmı?

Çingiz Səfərli

Bənzər yazılar

Back to top button