Azərbaycanda pul kütləsi artıb

Print Friendly, PDF & Email

Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2018-ci ilin iyunun 1-nə 22 mlrd. 145,1 mln. manat, təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 288,7 mln. manat və ya 69,2% çoxdur.

Azərbaycan Mərkəzi Bankından Qaynarinfo-ya verilən məlumata görə, eyni zamanda 2018-ci ilin aprel ayı ilə müqayisədə mayda geniş mənada pul kütləsi 25,1 mln. manat və ya 1,11% artıb.

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Eyni zamanda, manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 815 mln. manat və ya 8,9% artaraq 2018-ci il iyunun 1-nə 12 599,1 mln. təşkil edib.