Kənd Təsərrüfatı Nazirliyinə iki milyon manat ayrıldı

Print Friendly, PDF & Email

Prezident İlham Əliyev elektron kənd təsərrüfatının formalaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

AzToday.az xəbər verir ki, sərəncama əsasən, elektron kənd təsərrüfatı sisteminin inkişaf etdirilməsi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.

Sərəncam aqrar sahəyə dövlət dəstəyinin səmərəli təşkili, bu sahədə hesabatlılığın və şəffaflığın təmin edilməsi məqsədilə imzalanıb.