Hadisə

Bakıda yataqxanada yanğın: 11 nəfər təxliyyə edilib

Bakıda yanğın hadisəsi qeydə alınıb.

AzToday.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının Nizami rayonunda beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində ümumi sahəsi 15 m2 olan 1 otaqlı mənzilin və eyvanının yanar kostruksiyaları, hər birinin ümumi sahəsi 15 m2 olan digər 1 otaqlı iki mənzilin eyvanlarının yanar kostruksiyaları və beşinci mərtəbədə hər birinin ümumi sahəsi 15 m2 olan 1 otaqlı iki mənzilin eyvanlarının yanar konstruksiyaları (ümumi 35 m2 sahədə) yanıb.

Yanğın zamanı 11 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillərin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bənzər yazılar

Back to top button