Dünya

Kanada Trampla ticarət müharibəsinə qoşuldu: 16,6 milyard dollar əlavə vergi..

Kanadanın xarici işlər naziri Kristia Frilənd digər rəsmilərlə birlikdə təşkil etdiyi mətbuat konfransında ABŞ məhsullarına tətbiq ediləcək əlavə vergilər barədə məlumat verib.

Qaynarinfo xəbər verir ki, 1 iyuldan etibarən ABŞ məhsullarına əlavə 16,6 milyard dollar vergi tətbiq ediləcək.

Qeyd edək ki, addım, ABŞ prezidenti Donald Trampın Kanadadan göndərilən polad və alüminiuma tətbiq etdiyi vergilərə qarşılıq olaraq atılıb.

Ötən həftələrdə “Böyük Yeddilik” ölkələrinin görüşündə Tramp və Kanadanın baş naziri Castin Trudou arasında gərginlik yaşanmış, tərəflər bir-birilərini kəskin tənqid etmişdi.

Bənzər yazılar

Back to top button