Gündəm

ATV-də ixtisarlar – proses davam etdirilir

Azad Azərbaycan televiziyasında ixtisarlar həyata keçirilib və hazırda proses davam etdirilir.

AzToday.Az xəbər verir ki, bu barədə “10may.az” saytına məlumat daxil olub.

Məlumatda bildirilir ki, kanalın rəhbəri Vüqar Qaradağlı ixtisarların əleyhinə olsa da bunun qarşısını ala bilməyib. Çünki kanalın idarəetməsi faktiki olaraq Türkiyədən dəvət edilmiş bir mütəxəssisə verilib. Yeni mütəxəssis isə hesab edir ki, kollektiv həddindən artıq böyükdür və bu əlavə xərc aparır.

Əldə edilən məlumatda bu da bildirilir ki, rəsmi olaraq bütün səlahiyyətlər Vüqar Qaradağlıda olsa da o heç bir prosesə müdaxilə edə bilmir.

Bunu da qeyd edək ki, ATV kollektivilin böyük hissəsi iki aydır əmək haqqını da ala bilmirlər.

Bənzər yazılar

Back to top button