İdman

Fransa Argentinanı evə göndərdi

Bu gün “DÇ-2018″də 1/8 final mərhələsinə start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki cütlük meydana çıxacaq.

Dünya çempionatı başlamamışdan əvvəl turnirin əsas favoritlərindən hesab olunan iki komanda ilk 1/8 final mübarizəsində üz-üzə gələcib. C qrupunda Danimarka, Peru və Avstraliya ilə mübarizəni lider tamamlayan Fransa D qrupunun ikincisi Argentina ilə qarşılaşıb. Müasir dünya futbolunun ən güclü oyunçularını qarşı-qarşıya gətirən matç gərgin mübarizə və maraqlı oyuna şahidlik edib.

Qrup mərhələsinə istədiyi kimi başlamayan, yalnız son oyundan sonra pley-offa yüksəlməyi bacaran cənubi amerikalılar həlledici məqamda onlara bəslənən ümidləri doğrulda bilməyib. Fransa 4:3 hesablı qələbə ilə ilk 1/4 finalçı olub.

DÇ-2018
1/8 final

30 iyun
Fransa – Argentina 4:3
Qollar: Antoine Qrizmann, 13-pen. Benjamin Pavar, 57. Kilian Mbappe, 64; 68 – Angel Di Mariya, 41. Qabriel Merkado, 48. Serxio Aquero, 90+3.
Fransa: 1. Uqo Loris (k), 2. Benjamin Pavar, 4. Rafael Varan, 5. Samuel Umtiti, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 9. Olivye Jiru, 10. Kilian Mbappe, 13. Nqolo Kante, 14. Blez Matuidi, 21. Lyuk Ernandes.
Ehtiyat oyunçular: 16. Stiv Mandanda, 23. Alfons Areola, 3. Prenel Kimpembe, 8. Toma Lemar, 11. Usman Dembele, 12. Korentin Tolisso, 15. Stiven Nzonzi, 17. Adil Rami, 18. Nabil Fekir, 19. Cibril Sidibe, 20. Florian Toven, 22. Benjamin Mendi, 18. Fekir, 11. Dembele.
Baş məşqçi: Didye Deşam.
Argentina: 12. Franko Armani, 2. Qabriel Merkado, 3. Nikolas Talyafiko, 10. Lionel Messi (k), 14. Xavier Maskerano, 15. Enzo Perez, 17. Nikolas Otamendi, 7. Ever Baneqa, 11. Anxel Di Mariya, 22. Kristian Pavon, 16. Markos Roxo.
Ehtiyat oyunçular: 1. Nahuel Quzman, 23. Villi Kabalyero, 4. Kristian Ansaldi, 5. Lukas Bilya, 6. Federiko Fazio, 9. Qonzalo İquayn, 20. Covanni Lo Selso, 21. Paulo Dibala, 21. Dibala, 9. Qonzalo İquayn, 8. Markos Akunya, 13. Maksimiliano Meza, 18. Eduardo Salvio, 19. Serxio Aquero.
Baş məşqçi: Xorxe Sampaoli.
Baş hakim: Alirza Faqani (İran).
Kazan. “Kazan Arena”.

Bənzər yazılar

Back to top button