CəmiyyətHadisə

Son bir ildə 132 müharibə veteranı ölüb: neçə nəfər qalıb?

2018-ci ilin əvvəlinə Azərbaycan Respublikası prezidentinin təqaüdünü alan Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 286 nəfər, əlillərinin sayı isə 345 nəfərdir.

AzToday.az xəbər verir ki, bunu modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statsitika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Leyla Kərimova bildirib.

2017-ci il yanvar ayının 1-ivəziyyətinə Böyük Vətən Müharibəsi iştirakçılarından 332 nəfəri müharibə iştirakçısı kimi, 431 nəfəri müharibə əlili kimi Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunub.

Rəsmi statistikanın müqayisəsi zamanı ötən 1 il ərzində 86 nəfər müharibə əlili, 46 nəfər müharibə iştirakçısının dünyasını dəyişdiyi məlum olur.

Xatırladaq ki, 2013-cü il yanvar ayının 1-i vəziyyətinə 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 724 nəfər, Böyük Vətən Müharibəsi əlillərinin sayı isə 1306 nəfər təşkil edib.

2014-cü il yanvar ayının 1-i vəziyyətinə Azərbaycanda 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 667 nəfər, Böyük Vətən Müharibəsi əlillərinin sayı 1057 nəfər olub.

2015-ci yanvar ayının 1-i vəziyyətinə görə, Böyük Vətən Müharibəsi iştirakçılarından 667 nəfər, əlillərdən 1057 nəfər təqaüd alıb.

2016-cı il yanvar ayının 1-i vəziyyətinə Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 447 nəfər, əlillərinin sayı 516 nəfər təşkil edib.

Bənzər yazılar

Back to top button