Dünya

ABŞ rusiyalı hərbçilərin Gürcüstan vətəndaşını öldürməsini pisləyir

Bazar ertəsi ABŞ Gürcüstanda rusiyalı əsgərlərin yerli vətəndaşı öldürməsini pisləyib, Turan-ın Vaşinqton müxbiri bildirib.

Gürcüstan vətəndaşı Tamaz Ginturi Gori bələdiyyəsinin Kirbali kəndi yaxınlığında rusiyalı işğalçı qüvvələrin atəş açması nəticəsində həlak olub.

“Biz başsağlığı veririk”, – Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyü Miller deyib. “Bu ölüm Rusiyanın Gürcüstanın suveren ərazisinin işğalını davam etdirməsindən irəli gələn dağıntıların bariz nümunəsidir”, – Miller əlavə edib.

Bu, Rusiyanın işğal etdiyi Cənubi Osetiya ilə sərhəd yaxınlığında baş verən və ölümlə nəticələnən ilk insidentdir, sərhəd ətrafında dinc şəxslərin həbsi isə müntəzəm olaraq baş verir.

Gürcüstan prezidenti Salome Zurabişvili təcili olaraq beynəlxalq birliyi “bütün beynəlxalq normaları kobud və həyasızcasına pozan Rusiyanın hərəkətlərini qeyd-şərtsiz qınamağa” çağırıb.

“Qanunsuz həbs zamanı rusiyalı işğalçı qüvvələrin Gürcüstan vətəndaşına atəş açmasından çox hiddətləndim. Gürcüstan dövlətçiliyinə bu hücum “dindaş- qardaş”ın əsl mahiyyətini bir daha ortaya qoyur”, – o, Tvitterdə yazıb.(Turan)

Bənzər yazılar

Back to top button