Mədəniyyət

Elza Seyidcahan

İl 2003 dü,yay indiki kimi idi, “Ay ev yiyəsi” “Space”nin həftəlik ən baxılan verlişlərindən biri kimi
Elza Seyidcahanla Saatlıda yerləşən qaçqın düşərcəsində qonaq idi,
Bir qaçqın xanımın məktubu Elzanı bizə qonaq gətirin, əlimizdə
Çadırlar arasında o xanımı tapdıq,
Gənc bir ailə idilər,
Yenicə çəkilişlərə başlamamışdıq,
Bir nənə gəldi çadıra,
Kimsəsi qalmayan bir nənə,
Bir şeir oxumaq istəyirəm dedi,
“Qarabağ mənə lazım deyilsən,səni yox olaydın,Qarabağ,
Aldın həyatımı,oğlumu,ailəmi,ömrümü,
İstəmirəm səni”,Uzun bir şeir idi,qafiyəsiz,yalansız içinin dərdini yazan ananın harayı idi.
İçimdə ağlayırdım bu şeirə,Elza isə gözü ilə ağlayırdı,
O çəkilişlə “Ay ev yiyəsi”nə son qoydum,montaja getmədim,efirə gedəcək verilişi məcburən rəhbərimiz Mehriban Ələkbərzadə hazırlamışdı,
Efirdən xəbərim olmadı,aylar sonra yenidən “Gizli və aşkar Azərbaycan” proqramını başladım,
Arxivdə qalmışdı Elza ilə səfər,o zaman baxdım,
O ananı hələ də unutmamışam,yaşayırmı,dünyasını dəyişibmi, bilmirəm,
Elza ilə ara sıra efirlərdə,sosial şəbəkələrdə rastlaşıram,
Elza şeir yazır,Elza musiqi yazır,
Elza Azərbaycan düşüncəsində yaranan “şair”lərin baş daşı oldu,
Şeirin isə son ustadı,
Mədəniyyət budur.
Yaranan nə varsa yaşamaq haqqı var,istər yalan olsun,istər doğru,yaşayar,
O zamana qədər yaşar ki,yeni bir səhifə başlar,
Bir yeni yenidən doğulana qədər var olanlar çürüməyincə,
Canlanma mümkün deyil,
Səməd Vurğun şeirinin son dahisi Elza Seyidcahan olmalı idi ki,
Vahabzadə şerinin yalan nəfəsini Elza köpükləndirməli idi ki,
Bitsin,
Və bitdi də.
Elzanın o nənəni xatırlamasını bilmirəm,
Bildiyim budur ki, Azərbaycan kimi cəmiyyətlərdə iki tərəf var ki, siyasəti də,fikri də,duyğuları da bu Tərəflər müəyyən edir,
Müğənnilər və mollalardir bunlar.
Onlar cəmiyyətin nəbzidirlər,
Elza müsiqimizdə bir üsyan idi,hər zaman da üsyankar qaldı,
Sovet müsiqi ənənəsini bitirdi,sovet şairini bitirdi,
Yeni fikrə,yeni düşüncəyə yolkəsənlərin,İttifaqların,rəsmi qurumların meyitləri üzərindən cəsarətlə keçdi,
Keçid mərhələsinin görünməz qəhrəmanı oldu.
Yeni yaranacaq mədəniyyət dilinin var olması üçün “zibil maşınına” sürücülük etdi.
O nənə Elza Kimi döndü Azərbaycana,
Dünəni ilə deyil,gələcəyi üşün savaşsın.
Bu yazı Elza Seyidcahan şeirinin vurğunu bir dostuma deyə bilmədiyim,yazımdır.
Tarixi görünməyən qəhrəmanlar yaradır.

Idris Heyderli

Bənzər yazılar

Back to top button