“Neft Daşları”nda 2 min metrə yaxın yeni quyu qazılır

by Aztoday Xəbər Portalı

“Neft Daşları” yatağında 1637A saylı estakadayanı meydançadan 2644 nömrəli quyuda qazma işlərinə başlanılıb.

AzToday.Az xəbər verir ki, bu barədə “Socar” mətbuat mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1900 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

Bənzər Yazılar