AnalitikaCəmiyyət

Sahil Babayev Prezident İlham Əliyevə qarşı (FOTOFAKT)

Sahil Babayev hakimiyyətin sosial siyasətini necə sabotaj edir?

Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.

Bu məlumat ictimaiyətə açıqlandığı andan işsiz şəxslərin qeydiyyatından məsul olan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az ünvanlı saytının onlayn rejimdə qeydiyyatla bağlı ciddi problemlərinin olduğu ortaya çıxdı.

FAKT 1

24saat.org saytı bildirir ki, ilk günlər Sahil Babayevin rəhbərlik etdiyi ƏƏSMN-in açıqlamasında yer alan www.e-sosial.az portalının sertifikatının olmaması, bu sertifikatın əslində e-sosial.az domeninə aid olması səbəbindən saytın açılmasında problemlər müşahidə olundu. Amma ƏƏSMN bilərəkdən açıqlamasında qeydiyyat üçün açılamsında problem olan domenə yer verməklə ilk süni maneəni yaratmışdı (Şəkil 1). (Ətraflı məlumat üçün bu yazıya keçid edin)

FAKT 2

Bu problem aradan qalxdıqdan sonra sistemdə qeydiyyat üçün növbəti süni maneə aşkara çıxdı. Məlum oldu ki, ƏƏSMN illər ərzində vətəndaşların işsiz kimi qeydiyyatının qarşısını almaq məqsədi ilə heç bir məntiqi izahı olmayan “şəxsin adına olan mobil nömrə” tələbini qoyubmuş. Yəni əgər işsiz şəxsin mobil nömrəsi yoxdursa və ya nömrə onun özündən asılı olmayan səbəblərdən adına qeydiyyata alınmayıbsa (nömrələrin qeydiyyata alınması mobil operatorların öhdəçiliyidir), həmin şəxsin işsiz kimi qeydiyyata düşməsi mümkün deyil.

Sosial şəbəkələrdə yaranan ajiotajdan sonra Sahil Babayev qeydiyyat prosesində “yumşaltma”ya getdi və saytına “Online müraciət” düyməsi əlavə etdi. Amma bu Sahil Babayevin rəhbərlik etdiyi qurum bu dəfə də süni maneəni yaddan çıxarmadı. Sayta yerləşdirilən müvafiq qeydiyyat düyməsi mobil telefonlarda “görünməz” edildi (Şəkil 2).

Əlavə olaraq saytın mobil tətbiqində “onlayn qeydiyyat” əvvəlki qaydada şəxsin adına telefon nömrəsi olmadığı halda qeydiyyat prosesindən imtina edir, nömrə olduğu halda isə təsdiqləmə kodunu göndərmirdi (Şəkil 3). Yəni Sahil Babayev qeydiyyatçıların mobil vasitələrdən istifadə edərək qeydiyyatdan keçmələrinin bilərəkdən qarşısı alıb.

FAKT 3

Daha sonra ƏƏSMN e-sosial.az saytında yeni “kəşf”ini etdi. Artıq saytın ONLAYN qeydiyyat sistemi iş günləri 09:00-18:00-dək işləməyə başladı. Yəni işsiz kimi onlayn qeydiyyata düşmək istəyən şəxs ancaq iş günləri, həm də iş saatlarında saytdan qeydiyyatdan keçə bilər (Şəkil 4). Əlbəttə, Sahil Babayevin bu “kəşf”i də vətəndaşların mümkün qədər az qeydiyyatdan keçməsini təmin etməyə, başqa sözlə süni maneə yaratmağa hesablanıb.

Bəs bütün bunlar niyə baş verir?

COVİD-19 pandemiyasının Azərbaycanda yayılmasının qarşısını almaq məqsədiylə elan olunmuş karantin müddətində əlavə qazanc yeri kəsilmiş, aztəminatlı ailələrin minimum məbləğlə yaşaya bilməsi üçün, dolayısıyla yarana biləcək sosial partlayışın qarşısını almaq məqsədiylə dövlət tərəfindən verilməsi nəzərdə tutulan 190 manatlıq birdəfəlik yardımın ünvavına çatmamsı üçün Sahil Babayevin rəhbərlik etdiyi ƏƏSMN sistemli şəkildə mübarizəyə başladı.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev
(Foto – “Report”)

İlk baxışdan yaranan mənzərə hazırlıqsız yaxalanmanın törətdiyi fəsada bənzəyə bilər. Amma yaradılan süni-maneələrin hər birinin düşünülərək tətbiq edildiyi, əslində problemin texniki baxımdan vətəndaşların lehinə həll olunması üçün sadəcə saniyələr ərzində həll oluna biləcəyi məslələr olduğundan, heç nəyin “hazırlıqsız yaxalanma” ilə əlaqədar olmadığı ortaya çıxar.

Bununla da Sahil Babayev və rəhbərlik etdiyi qurumun karantin şəraitində sosaial partlayış üçün zəmin yaratdığı aşkara çıxır. Görünür, cənab Babayev İlham Əliyevi sabotaj etmək üçün fürsət axtarır.

Vüqar Qurdqanlı

Bənzər yazılar

Back to top button