Azərbaycan polisi 100 yaşında: İlham Əliyev təbrik etdi

Print Friendly, PDF & Email

Azərbaycan polisinin 100 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilir.

Qaynarinfo xəbər verir ki, mərasimdə prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov və DİN-in Baş İdarə, idarə, şöbə, bölmə rəisləri iştirak edirlər.

Fuad Ələsgərov mərasimdə prezident İlham Əliyevin təbrik məktubunu oxuyub. Məktubda qeyd olunub ki, bu tarix yalnız daxili işlər orqanları üçün deyil, müstəqil Azərbaycan dövləti üçün əlamətdar hadisədir:

“1991-ci ildə Azərbaycan müstəqil olduqdan sonra ölkə idarə olunmaz vəziyyətdə idi. Bu, polis orqanlarına mənfi təsir göstərmişdi, kriminogen durum nəzarətdən çıxmışdı. 1993-cü ildə Heydər Əliyevin siyasi rəhbərliyə qayıtması dövləti uçurumdan xilas etdi. Bu gün Heydər Əliyevin siyasəti uğurla davam etdirilir. Ölkədə insan hüquqları ədalətli şəkildə qorunur. Azərbaycan polisi dövlətçiliyin qorunmasında əsas dövlət təsisatıdır. Əminəm ki, Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizəni bundan sonra da uğurla davam etdirəcək”.