Meksikada prezident seçkiləri: Obrador qalib gəldi

Print Friendly, PDF & Email

Meksikada prezident seçkiləri keçirilib.

Qaynarinfo xəbər verir ki, “Birlikdə tarix yaradaq” sol koalisiyasının namizədi Andres Manuel Lopes Obrador seçkinin qalibi olub. O, seçicilərin 46.9 faizinin səsini toplayıb.

Andres Manuel Lopes Obradorun hər üç rəqibi onu qələbə münasibətilə təbrik edib.

“Meksika naminə Vətəndaş Cəbhəsi” koalisiyasından irəli sürülən Rikardo Anaya seçicilərin 30 faizinin etimadını qazanıb.

Hakim “İnstitusion-İnqilabi Partiya”nın da təmsil olunduğu “Hamı Meksika uğrunda” koalisiyasından irəli sürülən Xose Antonio Mid 18 faiz səs toplaya bilib.

Seçicilərin cəmi 5 faizi müstəqil namizəd Hayme Rodriqes Kalderona səs verib.

Həmçinin bir sıra dövlət başçıları, o cümlədən ABŞ prezidenti Donald Tramp, Venesuelanın dövlət başçısı Nikolas Maduro Obradoru seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.