İdman

“Barselona”nın yeni transfer hədəfi

Mərkəz müdafiəçisi mövqeyinə “Ayaks”dan 19 yaşlı Mattis de Liqti transfer etmək istəsə də, buna nail olmayan “Barselona” axtardığını İtaliyada tapıb.

Fanat.Az xəbər verir ki, Kataloniya klubu “Milan”dan Alessio Romaqnolini transfer siyahısına salib. “Barsa” 24 yaşlı mərkəz müdafiəçisi üçün italyanlara 40 milyon avro təklif edir.

“Milan” bu futbolçunu heyətində saxlamaq niyyətindədi. Amma Romaqnoli özü “Barselona”ya getmək istəyir.

Qeyd edək ki, Romaqnoli 2015-ci ildə “Roma”dan “Milan”a 25 milyon avroya transfer olunub. İtaliyalı müdafiəçi ötən mövsüm oynadığı 41 rəsmi matçda 2 qol vurub.

Bənzər yazılar

Back to top button