Dünya

Aralıq dənizində dəhşət: Həftə sonu 204 miqrant ölüb

Beynəlxalq Miqrasiya Təşkilatı həftə sonu Liviyadan Aralıq dənizi vasitəsilə Avropaya gəlməyə çalışan 204 miqrantın öldüyünü açıqlayıb.

Qaynarinfo xəbər verir ki, dünən Tripolinin şərqində batan qayıqdan 41 miqrant xilas edilib. Cümə günü batan qayıqdakı 103 miqrant isə dünyasını dəyişib.

Bununla bu il ərzində Aralıq dənizində ölən miqrantların sayı min nəfəri keçib.

Qeyd edək ki, Libiyada 24 ölkədən olan miqrantlar var. Onların 95%-i Avropaya keçmək istəyən Afrikalılardır.

Bənzər yazılar

Back to top button