İdman

Naməlum şəxs Messiyə hücum etdi

İspaniyanın İbiza adasında istirahət edən Lionel Messi hücuma məruz qalıb.

Fanat.Az xəbər verir ki, naməlum şəxs “Barselona”nın ulduzuna hücum edib. Münaqişənin qarşısını mühafizəçi alıb. O, Messinin üzərinə gələn şəxsin önünü kəsərək futbolçuya xəsarət yetirməsinə imkan verməyib.

Hadisənin konsert vaxtı baş verdiyi ehtimal edilir. Bunu insidentdən əvvəl argentinalı hücumçunun həyat yoldaşı Antonella Rokutsonun Instagramında dərc etdiyi konsert videosu da təsdiqləyir.

Bənzər yazılar

Back to top button