Siyasət

Parlament İnam Kərimovun Ali Məhkəmənin hakimi vəzifəsinə təsdiq edib

Milli Məclisin bu gün keçirilən iclasında İnam Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təsdiq edilib. İndi dövlət başçısı öz fərmanı ilə onu bu Ali Məhkəməsinin sədri təyin etməlidir.

Xatırladaq ki, hazırda Kərimov Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik edir.

Buna qədər o, ASAN Xidmətin sədri (2012-2018) vəzifəsində, 2002-2012-ci illərdə Prezident Administrasiyasında məsləhətçi vəzifəsində işləyib.

2005-2012-ci illərdə Azərbaycanın Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının katibi və GRECO-da Azərbaycanın nümayəndəsi olub.

Bənzər yazılar

Back to top button