Sağlamlıq

COVID-19-un yeni simptomu: Əgər ayaq barmaqlarınızda bu əlamət varsa…

Ayaq barmaqlarında qızartı COVID-19-un inkişafını göstərə bilər.

Bu barədə britaniyalı həkim Hüseyn Abde “Express”ə bildirib.

Onun sözlərinə görə, koronavirusa yoluxan bəzi xəstələr aşağı ətrafların şişməsindən və yanma hissindən şikayətləniblər.

“Ayaq barmaqlarına təsir edən dəri qaşınması diqqət yetirilməli növbəti simptomdur”, – deyə mütəxəssis xəbərdar edib.

O qeyd edib ki, “kovid-barmaq” problemi yaranan kimi həkimə xəbər vermək lazımdır.

COVID-19-un klinik əlamətlərinin bir çox cəhətdən bəzi tənəffüs yolu xəstəliklərinə bənzərliyi var, tez-tez adi soyuqdəyməni təqlid edir və qripə bənzəyir.

oxu.az

Bənzər yazılar

Back to top button