Hadisə

DSX-dan xüsusi əməliyyat: narkotacir qadınlar tutuldu

Mütəşəkkil cinayətkar qrupların külli miqdarda narkotik vasitələri dövlət sərhədini pozmaqla qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə qarşı Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən tədbirlər davam etdirilir.

DSX-nın Mətbuat Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, iyunun 30-da keçirilmiş əməliyyat tədbiri nəticəsində DSX əməkdaşları tərəfindən Astara rayonu ərazisində Astara şəhər sakini 1998-ci il təvəllüdlü Əhmədov İbrahim Zakir oğlu 2 kq heroin və 568 qram metofitamin ilə saxlanılıb.

Fakt üzrə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Astarada narkotik vasitəni qəbul edərək sifarişçiyə çatdırmalı olan Astara şəhər sakini 1987-ci il təvəllüdlü Abdullayeva Aynur Mahir qızı saxlanılıb, narkotik vasitənin sifarişçisinin də şəxsiyyəti müəyyən olunub.

İyulun 1-də əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər polis idarəsinin əməkdaşları ilə birgə Sumqayıt şəhərində narkotik vasitənin sifarişçisi, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olunmuş Corat qəsəbə sakini 1966-cı il təvəllüdlü Ağayeva Xalidə İlyas qızı saxlanılıb.

DSX-nın İstintaq və Təhqiqat İdarəsi tərəfindən saxlanılmış şəxslər barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, cinayətin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bənzər yazılar

Back to top button