Dünya

“Taliban” Pəncşir qüvvələriylə sülh müqaviləsi imzalayacağını elan etdi

Taliban hərəkatının nümayəndələri yaxın vaxtlarda Əfqanıstanın Pəncşir əyaləti ilə sülh müqaviləsinin bağlanacağını bildiriblər.

Qaynarinfo xəbər verir ki, Pəncşir vilayəti Əhməd Məsudun başçılıq etdiyi xalq müqavimətinin nəzarətindədir. Daha əvvəl silahlıların nümayəndələrinin sülh danışıqları aparmağa çalışdıqları, lakin Məsudun onların təkliflərini rədd etdiyi bildirilmişdi.

Növbəti “Taliban” heyəti bir gecə əvvəl bölgəyə gəlib. Silahlılar üsyançıları heç bir döyüş olmadan əyaləti təslim etməyə inandırmağa ümid edirlər.

Əfqanıstanda vəziyyət Amerika qoşunlarının çıxarılmasına başladıqdan sonra daha da gərginləşib. Bir neçə həftə ərzində silahlılar ölkənin demək olar ki, bütün ərazisini nəzarətə götürüblər. Respublika Prezidenti Əşrəf Qəni xaricə gedib. “Taliban” ölkədə yeni hökumət qurmaq niyyətindədir.

Bənzər yazılar

Back to top button